Qaynar xətt:

(+99450) 247 90 86

Bələdiyyə seçkilərində neçə namizəd mübarizə aparacaq?

SİYASƏT

1057

28.01.2025, 16:55

İmza vərəqlərini qaytaran 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb.

 Oxu24.com   xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, imza vərəqi qaytaranların 99,7 %-i qeydə alınıb: “Bu çox böyük rəqəmdir. Sonrakı proseslərdə bunların bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfərin adı seçki bülletenlərinə daxil edilib və namizəd kimi qeydə alınıb".